Türkiyə Kubokunun oyununda “Fənərbağça” və “Beşiktaş” qarşılaşıblar.
İdman.Biz xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda keçirilən C qrupunun matçı “Beşiktaş”ın qələbəsi ilə qurtarıb – 2:1.
Qrupun digər görüşündə “Kocaelispor” “Ərzurumspor”u məğlub edib – 3:1.
B qrupunda isə “Konyaspor” 1:0 hesabı ilə “Antalyaspor”a qalib gəlib.