AZ

Ağ geyimlərdəki ləkələri bu üsullarla yox edin

Ağ rəngli geyimlər estetik görünsə də ləkələndikdə dərhal nəzərə çarpır və xüsusilə qəhvə ləkəsi kimi izləri çıxarmaq çətin olur.

Milli.Az xəbər verir ki, inadkar ləkələri ağ geyimlərdən təmizləmək üçün bəzi təbii üsullardan istifadə edə bilərsiniz:

Soda: Mütəxəssislər əvvəlcə ləkəli hissənin soyuq su ilə yüngülcə isladılmasını tövsiyə edirlər. Daha sonra üzərinə soda səpilir və bir neçə damcı su əlavə edilərək macun halına gətirilir. Təxminən 15 dəqiqə gözlədikdən sonra  geyim etiketinə uyğun şəkildə yuyulmalıdır.

Ağ sirkə: Bərabər miqdarda ağ sirkə və soyuq su qarışdırılır. Bu məhlula batırılmış təmiz parça ləkənin üzərinə tampon hərəkətlərlə tətbiq edilir. Ləkə açıldıqdan sonra geyim yuyularaq sirkə qoxusu aradan qaldırılır.

Limon suyu: Təzə sıxılmış limon suyunun ləkənin üzərinə damladılması qəhvə izinin rənginin açılmasına kömək edir. Ləkəli hissə günəş görməyən məkanda 10-15 dəqiqə saxlanıldıqdan sonra soyuq su ilə durulanır. Həssas parçalarda əvvəlcədən sınaq aparılması məsləhət görülür.

Ərəb sabunu: Digər effektiv üsullardan biri də ərəb sabunudur. Ləkəli sahə isladıldıqdan sonra sabun birbaşa tətbiq edilir və zərif hərəkətlərlə hopdurulur. Təxminən 10 dəqiqə sonra sviter uyğun proqramda yuyulur.

Mina Mikayılova
Milli.Az

Seçilən
93
33
milli.az

10Mənbələr