“Monako” “Barselona”dan icarəyə götürülmüş cinah oyunçusu Ansu Fati ilə əməkdaşlığı uzatmaq niyyətində deyil.
Publika.az xəbər verir ki, bu barədə idman jurnalisti Romen Molina məlumat yayıb.
Hazırda 23 yaşlı ispan futbolçu bud arxası zədəsindən sonra bərpa prosesindədir. Cari mövsümdə “Monako” üçün 14 oyunda iştirak edən Fati 6 qol vurub. Oyunçunun icarə müddəti 30 iyun 2026-cı ildə başa çatır və müqavilədə alış opsiyası nəzərdə tutulub.