Bakı. Trend:
İtaliya dövlət himnində ölkə çağırışından sonra səslənən “Si!”(“Bəli!”) ifadəsi çıxarılıb.
Trend-inməlumatına görə, bu barədə "Reuters" agentliyi İtaliyahökumətindəki mənbələrə istinadən xəbər yayıb.
Məlumata əsasən, İtaliyanın müdafiə qərargahı son həftələrdə budəyişikliklə bağlı rəsmi təlimatlar verib. Qərar may ayında rəsmiqəzetdə dərc olunmuş və himnin orijinal versiyasına istinad edənprezident fərmanına uyğunlaşdırılıb.
Dəyişiklikdən əvvəl himn bu sözlərlə bitirdi: “Ölməyə hazırıq,ölməyə hazırıq, İtaliya çağırır! Bəli!” Prezidentadministrasiyasındakı mənbənin bildirdiyinə görə, dəyişiklik siyasisəbəblərlə deyil, aydınlıq yaratmaq və orijinal mətndə olmayanəlavəni çıxarmaq məqsədi ilə edilib.
Qeyd edək ki, “İtaliya qardaşları” mahnısı şair Qoffredo Mamelitərəfindən 1847-ci ildə yazılıb. Mamelinin orijinal sözlərində “Si”ifadəsi yer almasa da, həmin il Mişel Novaro tərəfindən bəstələnmişmusiqi partiturasında bu söz mövcud olub.