AZ

Böyük Britaniya fermerlər üçün miras vergisi qaydalarını yumşaltdı

Böyük Britaniya hökuməti aylarla davam edən etirazlardan sonra fermerlər üçün vergi artımı qaydalarını dəyişdirib.

Doğru.az xəbər verir ki, Krallığın Ətraf Mühit, Ərzaq və Kənd İnkişafı Nazirliyinin açıqlamasına görə, artıq yalnız dəyəri 2,5 milyon funt sterlinqdən çox olan fermalar 20% miras vergisinə cəlb olunacaq.

Əvvəl planlaşdırıldığı kimi, 1 milyon funt sterlinqdən yüksək bütün təsərrüfatlar vergiyə cəlb olunacaqdı. Yeni qaydalar 2026-cı ilin aprel ayında qüvvəyə minəcək və vergiyə cəlb edilən təsərrüfatların sayını 375-dən 185-ə endirəcək.

DOĞRU.AZ

Seçilən
29
dogru.az

1Mənbələr