AZ

KİV: ABŞ Venesuela ilə əlaqəli daha bir tankeri ələ keçirə bilər

ABŞ Sahil Mühafizəsi Venesuela ilə əlaqəli üçüncü neft tankeri olan Bella 1-i ələ keçirməyə cəhd edə bilər. Bunun üçün əlavə qüvvələr gözləyir...

Poliqon xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ rəsmisinə və məsələ ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

"ABŞ Sahil Mühafizəsi bazar günündən bəri izlədiyi Venesuela ilə əlaqəli neft tankerinə minib onu ələ keçirməyə cəhd etməzdən əvvəl əlavə qüvvələrin gəlməsini gözləyir", bəyanatda deyilir.

O, həmçinin qeyd edib ki, tankerin ekipajı sahil mühafizə işçilərini gəmiyə buraxmaqdan imtina edib. Buna görə də, dəniz təhlükəsizliyi cavab qrupları vertolyot da daxil olmaqla, Bella 1-ə minməyə cəhd edə bilər.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr