AZ

Cəbrayıl sakini: Arzum budur ki...

Bu uzun ayrılıqdan sonra öz elimizə, obamıza qayıtmaq bizim üçün sevincdir. Arzum budur ki, vaxtilə necə yaşamışdımsa, yenə o cür yaşaya bilim.

“İki sahil” azərtac-a istinadən xəbər verir ki, bu fikirlərimüsahibəsində bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Asif Əhmədov deyib.

Uzun zamandan - 32 illik ayrılıqdan sonra yenidən ana yurduna qayıtmağın böyük xoşbəxtlik olduğunu qeyd edən A.Əhmədov deyib: "Təəssüf ki, bizə o həyatı yaşamağa imkan vermədilər, yurdumuzdan didərgin salındıq. Amma bu gün artıq doğma kəndlərimiz yenidən qurulur, abadlaşdırılır və həyat geri qayıdır. Biz də öz töhfəmizi verəcəyik inşallah".

O, həmçinin Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib, torpaqlarımızı işğaldan azad edən Ordumuza minnətdarlığını bildirərək, şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb.

Seçilən
29
5
ikisahil.az

6Mənbələr