AZ

Liviya Baş Qərargah rəisinin təyyarəsi Ankarada qəzaya uğradı – general və daha 4 yüksək rütbəli şəxs həlak oldu


İçərisində Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın da olduğu təyyarə Türkiyədə qəzaya uğrayıb. Ankara Əsənboğa Hava Limanından qalxan şəxsi təyyarə ilə radar əlaqəsi kəsilib.

“Falcon 50” tipli şəxsi təyyarə Haymana yaxınlığında qəzaya uğrayıb. Hadisədən dərhal sonra Ankara hava məkanı uçuşlar üçün bağlanıb.

Təyyarədə generaldan başqa daha 4 yüksək rütbəli şəxs olub. Türkiyə Daxili işlər naziri Əli Yerlikaya təyyarənin qalıqlarının tapıldığını açıqlayıb. Liviya Baş naziri Əbdülhəmid Dibeybe isə təyyarədə olan 5 nəfərində həyatını itirdiyini bildirib.

TAHİR

Seçilən
28
baki-xeber.com

1Mənbələr