İngiltərə Liqa kubokunda sonuncu yarımfinalçı məlum olub.
Offsideplus.az xəbər verir ki, bu, "Arsenal" - "Kristal Pelas" matçında sonra müəyyənləşib.
Görüşün əsas vaxtı heç-heçə başa çatıb - 1:1.
Penaltilərdə isə "topçular" daha dəqiq olub - 8:7.
"Arsenal"ın yarımfinaldakı rəqibi "Çelsi" olacaq. Digər cütlükdə isə "Mançester Siti" və "Nyukasl" üz-üzə gələcək.