AZ

Regionlarda su qıtlığı və iqlim dəyişiklikləri: QHT sədri layihənin nəticələri açıqlanıb

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov QHT.az-a açıqlamasında bildirib ki, təşkilat 2025-ci ildə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “COP29 Qlobal Mirasının Təhlili” layihəsini uğurla həyata keçirib.

Layihə çərçivəsində həm regionlarda, həm də Bakıda silsilə tədbirlər təşkil olunub, yekun konfrans keçirilib və qlobal iqlim dəyişiklikləri, COP29-da qəbul edilən qərarlar, eləcə də Azərbaycanın bu sahədə rolu ilə bağlı geniş maarifləndirmə işi aparılıb:

"Layihə çərçivəsində Şamaxının Quşçu kəndində, Oğuz, Şəki və Qax şəhərlərində tədbirlər keçirilib. Mənim üçün ən yadda qalan məqam Şamaxının Quşçu kəndində olarkən iqlim dəyişikliklərinin təsirini birbaşa hiss etməyim oldu. Həmin regionda suyun olmadığını müşahidə etdik - çaylar quruyub, bəzi kəndlərdə artıq su yoxdur. İnsanlar suyu digər kəndlərdən maşınlarla daşımağa məcbur qalırlar".

QHT sədri həmçinin Oğuz–Qəbələ–Bakı su xətti ilə bağlı regionlarda səsləndirilən narahatlıqlara da toxunub:

"Aparılan maarifləndirmə işləri zamanı aydın olub ki, bu layihə dövlət tərəfindən geniş qiymətləndirmə əsasında həyata keçirilib və onun regionun iqliminə, torpaqlarına və ya yaşıllıqlara mənfi təsiri təsdiqlənmir. Əgər hər hansı mənfi təsir olsaydı, ağacların quruması və torpaqların sıradan çıxması halları müşahidə edilərdi. Lakin bu cür hallar təsdiq olunmur və belə bir problem mövcud deyil".

 

Pərvanə Fərhadqızı

Seçilən
31
qht.az

1Mənbələr