AZ

"Bloomberg": Sanksiyalara baxmayaraq Rusiya neftinin ixracı son iki ilin maksimumuna çatıb

BAKI, 24 dekabr. TELEQRAF

Dekabr ayında Rusiyanın xam neftinin dəniz yolu ilə ixracı son iki il yarımın ən yüksək səviyyəsinə yüksəlib. Gündəlik ixrac həcmi 4,04 milyon barelə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, dekabrın sonuna doğru xam neft tədarükü əhəmiyyətli dərəcədə artaraq 2023-cü ilin may ayındakı rekord göstəriciyə yaxınlaşıb. Son dörd həftə üzrə orta sutkalıq ixrac həcmi 3,87 milyon barel səviyyəsində qeydə alınıb.

Bildirilib ki, Böyük Britaniyanın Rusiyanın aparıcı neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, dəniz daşımalarının həcmi sabit artım dinamikasını qoruyur.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qərbin enerji sektoruna təzyiqlərini şərh edərək sanksiyaların münasibətlərin normallaşmasına zərər vurduğunu bildirmişdi.

İxracın artması fonunda dənizdə yığılan neft ehtiyatlarının həcmi də yüksəlib. Avqustun sonundan etibarən tankerlərdəki neft ehtiyatları 48 faiz artaraq 185 milyon barelə çatıb.

Məlumata görə, Hindistan və Çin sahilləri yaxınlığında neft tankerlərinin boşaldılmasını gözləyən gəmilərin sayı artıb. Bu vəziyyət logistika çətinlikləri və Qərb tənzimləyicilərinin nəzarəti gücləndirməsi ilə izah olunur.

Seçilən
19
teleqraf.com

1Mənbələr