AZ

Qazaxıstanda baş redaktor saxlanıldı

Qazaxıstan hüquq-mühafizə orqanları KazTAG xəbər agentliyinin keçmiş baş redaktoru Əmir Kasenovu saxlayıb.

Publioka.az xəbər verir ki, Almatı polisi redaksiya heyətinə qarşı yalan məlumat dərc etdiklərinə görə məhkəməyəqədər araşdırmaların başlandığını bildirib.

İş özəl şirkətin nümayəndəsinin tələbi əsasında başlanıb. Müstəntiqlərin fikrincə, təkrarlanan yalan məlumatların yayılması təşkilatın işgüzar nüfuzuna və maraqlarına ciddi ziyan vurub. İstintaq Cinayət Prosessual Məcəlləsinin bütün müddəalarına uyğun olaraq hərtərəfli aparılıb.

"Toplanan dəlillərin məcmusu və istintaqın hazırkı mərhələsi nəzərə alınmaqla, KazTAG-ın keçmiş baş redaktoru 23 dekabrda saxlanılaraq Astana polisinin istintaq təcridxanasına göndərilib", - rəsmi açıqlamada deyilir.

Agentlik bütün prosedurların qanuna ciddi şəkildə uyğun olaraq həyata keçirildiyini vurğulayıb.

Seçilən
17
publika.az

1Mənbələr