AZ

Liviyada üç günlük milli matəm elan olundu Ankaradakı qəzada həlak olan generallara görə

Mia.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Liviya hökuməti dünən Ankaradan geri dönərkən təyyarə qəzasında həlak olan Baş qərargah rəisi və onunla birgə olan  hərbi nümayəndə heyətinə görə ölkədə 3 günlük milli matəm elan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ankara Əsənboğa Hava Limanından Tripoliyə getmək üçün havaya qalxan və Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın olduğu təyyarə hələlik müəyyən edilməmiş səbəbdən Haymana rayonunun Kesikkavak kəndindəki dağlıq ərazidə qəzaya uğrayıb: "Təyyarənin qəzaya uğradığı əraziyə axtarış-xilasetmə briqadası göndərilib. Çətin relyefə baxmayaraq,  təyyarənin qalıqlarına  tez bir zamanda aşkarlanıb. Ankara Baş Prokurorluğu tərəfindən hadisəni araşdırmaq üçün 4 prokuror təyin edilib".

Liviya Baş naziri Əbdülhəmid Dibeybe isə Ankarada qəzaya uğrayan təyyarədə olan Liviya Baş Qərargah rəisi Məhəmməd əl-Həddad və onu müşayiət edən nümayəndə heyəti üçün başsağlığı mesajı yayıb: "Böyük kədərlə Liviya Ordusunun Baş Qərargah rəisi, general Məhəmməd əl-Həddad, Quru Qoşunları Komandanı Feyturi əl-Qribil, Hərbi İstehsal Korporasiyasının komandanı briqada generalı Mahmud əl-Katavi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əsəvi Diyab və Baş Qərargah Mətbuat Ofisinin fotoqrafı Məhəmməd Mahcubun Ankaraya rəsmi səfərdən qayıdarkən faciəli qəzada həlak olmaları xəbərini aldıq. Bu, vətən, hərbi qurumlar və bütün liviyalılar üçün böyük itkidir. Vətəninə səmimiyyət və sədaqətlə xidmət edən, intizam, məsuliyyət və milli sədaqətdə nümunə göstərən insanları itirdik. Şəhidlərimizin ailələrinə və Silahlı Qüvvələrdəki silahdaşlarına dərin hüznlə başsağlığı veririk. Uca Tanrıdan onlara bol mərhəmətini bəxş etməsini, onları geniş cənnətinə qəbul etməsini, ailələrinə və yaxınlarına səbir verməsini diləyirik."

Tahir Şəlvəli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
mia.az

1Mənbələr