sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Robert Levandovskinin "Barselona"da qalmaq üçün hansı güzəştlərə getməyə hazır olduğu açıqlanıb. Sport24.az Sport.es-ə istinadən xəbər verir ki, 37 yaşlı polşalı hücumçu Kataloniya klubu ilə müqaviləsini uzatmaq istəyir.
Mənbənin sözlərinə Kataloniya klubunda qalmaq üçün Levandovski komandada əvəzedici olmağa və gənc oyunçuların inkişafına kömək etməyə hazırdır.
Polyak onu da başa düşür ki, müqaviləsini uzatsa, maaşında əhəmiyyətli dərəcədə endirim olacaq.
Qeyd edək ki, forvard bu mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.