AZ

24 DEKABR Qətiyyətli lider, müzəffər Ali Baş Komandan

Bakı. Trend:

Başa çatmaq üzrə olan 2025-ci il xalqımızın tarixinə mühümsiyasi və iqtisadi nailiyyətlərlə zəngin bir dövr kimi həkkolunacaq. Bu ilin mənzərəsi göstərir ki, həm siyasi, həm iqtisadi,o cümlədən sosial sferada müəyyən edilən bütün vəzifələr yerinəyetirilib, Azərbaycan regionda və qlobal arenada öz mövqelərinidaha da gücləndirib. Ümumilikdə isə ilin bütün siyasi və iqtisadihadisələri Azərbaycanın özünün bütün hədəflərinə doğru qətiyyətləirəlilədiyini və məqsədlərinə çatdığını təsdiq edir.

Lakin yalnız 2025-ci ilin deyil, geridə qoyduğumuz digər illərində reallıqlarına nəzər salsaq görərik ki, respublikamızın tarixi ənmöhtəşəm uğurlarla əlamətdardır. Və bütün bunlar ilk növbədəxalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyalarınınvə Prezident İlham Əliyevin müdrik siyasətinin təntənəsidir. Busiyasətin nəticəsidir ki, Azərbaycan qarşısında dayanan əsasstrateji məqsədlərinə nail olub. Bu siyasətin nəticəsidir ki,respublikamız region və qlobal səviyyədə siyasi və iqtisadiproseslərdə fəal iştirak edir, əməkdaşlıq əlaqələrinistimullaşdırır, dünyada sülhə və təhlükəsizliyə mühüm töhfələrverir.

Ümumiyyətlə, Azərbaycanın bütün uğurları ilk növbədə Prezidentİlham Əliyevin Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək,verdiyi bütün vədləri layiqincə yerinə yetirdiyini göstərir. Hələ2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçməmərasimində dövlət başçısı İlham Əliyev demişdi:

“Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki,ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir.Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm,söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətəçevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlərgörmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanıqüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevinsiyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkənmən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam,heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davametdirəcəyəm”.

Geridə qoyduğumuz 22 ildən bir qədər artıq dövrün mənzərəsiPrezident İlham Əliyevin bu sitatında yer alan bütün fikirlərinreal həyata vəsiqə aldığını tam miqyası ilə təsdiq edir. Öncə onuqeyd edim ki, bu illər ərzində Ulu Öndər Heydər Əliyevin müəyyənetdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən inamla davametdirilməsi və zamanın çağırışlarından irəli gələrək daha dazənginləşdirilməsi Azərbaycanın inkişafında dayanan əsas ideolojitəməl kimi çıxış edib. Nəticə etibarilə Azərbaycan tarixinin ənsürətli və dinamik inkişaf dövrünə qədəm qoyub, ildən iləiqtisadiyyatda artım baş verib, vətəndaşların sosial rifahı daha dayaxşılaşıb.

Ötən dövr ərzində iqtisadi və sosial göstəricilərinyüksəlməsində ilk növbədə Prezident İlham Əliyevin başlatdığı yeniislahatların düşünülmüş və əsaslandırılmış olması, o cümlədən,enerji sferasında qarşıya qoyulan vəzifələrin tam reallaşdırılmasımühüm rol oynayıb. Bu islahatlar nəticəsində regionların iqtisadipotensialı hərəkətə gətirilib, yeni sənaye sahələri yaradılıb.İqtisadiyyatda diversifikasiyanın baş verməsi ölkə üzrə ümumiəmsalda qeyri-neft sektorunun payını əhəmiyyətli artırıb.Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərininistifadəyə verilməsi, daha sonra Cənub Qaz Dəhlizinin işə salınmasınəticəsində ölkəmizin artan maliyyə imkanları iqtisadi sferada,xüsusən qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi iləbağlı qarşıda dayanan strateji vəzifələrin daha çevik və səmərəlişəkildə yerinə yetirilməsində mühüm rol oynayıb.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın müəllifi olduğubütün neft-qaz kəmərlərinin inşası və istifadəyə verilməsi də ilknövbədə Prezident İlham Əliyevin qətiyyətli siyasətindən xəbərverir. Dövlətimizin başçısı bu yolda bütün maneələri, o cümlədənerməni lobbisinin yaratdığı əngəlləri qətiyyətlə dəf edib. Tarixdəilk dəfə olaraq Azərbaycan dövləti Prezident İlham Əliyevinliderliyi ilə Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarlarınaçıxarıb. Bunun nəticəsidir ki, indi Azərbaycanın qlobal enerjitəhlükəsizliyi məsələlərində söz sahibi olan dövlətdir. HazırdaRusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda Prezidentİlham Əliyevin nə qədər müdrik və uzaqgörən enerji siyasətiyürütdüyü aydın görünür. Təsadüfi deyil ki, hazırda bir sıra Avropadövlətləri öz enerji təhlükəsizliklərinə görə məhz Azərbaycanaminnətdardırlar.

Respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldəetdiyi uğurların miqyası olduqca böyükdür. Bu sırada Azərbaycanınregionun nəqliyyat habına çevrilməsi, Şərq-Qərb, Şimal-Cənubnəqliyyat dəhlizlərində fəal rol oynaması, kosmik kluba daxilolması, beynəlxalq tədbirlərin ünvanına çevrilməsi, dünyanın əntəhlükəsiz ölkələrindən biri kimi tanınması Prezident İlhamƏliyevin rəhbərliyinin mühüm siyasi nəticələridir.

Dövlət başçısının liderliyi ilə xalqımızın nail olduğu ən böyükuğur isə əlbəttə ki, torpaqlarımızın işğaldan azad olunması vəərazi bütövlüyümüzün bərpa olunmasıdır. İlham Əliyev hələ 2003-cüildə Azərbaycan Prezidenti kimi and içərkən torpaqlarımızınişğaldan azad olunmasını öz fəaliyyətinin prioritetlərindən biriolaraq müəyyən etdi. Dövlətimizin başçısı hər zaman torpaqlarımızınazadlığı məsələsində qətiyyətli siyasət yürütdü, Azərbaycanərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkanverilməyəcəyini hər zaman qətiyyətlə bəyan etdi. Eyni zamanda hərzaman açıq mətnlə bildirdi ki, danışıqlar nəticəsiz qalarsa,Azərbaycan dövləti öz ərazilərini müharibə yolu ilə işğaldan azadedəcək. Ermənistanın hərbi təxribatlarından sonra başlanan İkinciQarabağ müharibəsi dövlət başçısı İlham Əliyevin bu barədəfikirlərinin real həyatdakı təsdiqi oldu. “Nəyi necə, nə vaxt etməklazımdır, bunu mən bilirəm” - deyən Prezident İlham Əliyevin AliBaş Komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələri cəmi 44 günətorpaqlarımızı işğaldan azad etdi. Bu zəfərin davamı kimi 2023-cüilin sentyabrında cəmi 23 saat ərzində Qarabağdakı separatçı rejimdarmadağın edilərək, Azərbaycan dövlətinin milli suverenliyi,konstitusiyamızın hüquqi qüvvəsi bütün ərazilərimiz üzərindəbərqərar olundu.

Dövlət və xalq məhz bu cür qələbələrlə ucalır. Bu baxımdanPrezident İlham Əliyev ərazi bütövlüyümüzün bərpasının müəllifikimi xalqımızın başını uca etdi, Azərbaycana dünyada yüksək ehtiramqazandırdı. Prezident İlham Əliyev özü isə dünyanın ən nüfuzlusiyasi liderləri cərgəsində dayanır.

Bu günlərdə ad günü münasibətilə Prezident İlham Əliyevinünvanına dünyanın hər yerindən, dövlət və hökumət başçılarından,beynəlxalq təşkilatların sədrlərindən, ictimai xadimlərdən təbrikməktubları gəlir. Bütün bunların hamısı, o cümlədən məktublarda yeralan fikirlər Prezident İlham Əliyevə olan beynəlxalq ehtiramın,dövlətimizin başçısının nüfuzlu siyasi liderlərlə bir cərgədədayanmasının göstəricisidir.

Respublikamız Vətən müharibəsinin başa çatmasından və ərazibütövlüyümüzün bərpasından sonra formalaşmış yeni reallıqlarmühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinədaxil olub. Bu yeni mərhələdə qarşıda duran strateji vəzifələrdövlət müstəqilliyimizi, milli suverenliyimizi, əldə olunannailiyyətlərimizi daha da möhkəmləndirmək, Qarabağ və ŞərqiZəngəzuru bərpa etmək və Azərbaycanı inkişaf etmiş dövlətlərincərgəsinə yüksəltməkdir.

İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa vəyenidənqurma işlərinin, Böyük Qayıdışın, müasir ordu quruculuğunundavam etdirilməsi, qabaqcıl elmə və yüksək texnologiyalaraəsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahınınyüksəldilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanınbeynəlxalq mövqelərinin daha da gücləndirilməsi, zəngin mədəniirsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlərhəyata keçirilən siyasətin prioritet istiqamətləridir. Bu mərhələdədə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızartıq yeni nailiyyətlərə imza atmaqdadır.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
39
4
az.trend.az

5Mənbələr