AZ

Generalın öldürüldüyü yerdə ard-arda partlayış: İki polis əməkdaşı öldü – Moskvada nə baş verir?

Rusiyalı general Fanil Sarvarovun avtomobilinin partladıldığı yerdə daha bir neçə partlayış baş verib.

Publika.az xəbər verir ki, Moskvanın Orexovo-Borisovo sakinləri Yeletskaya küçəsində ən azı iki yüksək səs eşitdiklərini bildiriblər.

Daha sonra Moskvanın cənubunda bir avtomobilin partladığı bildirilib. Tüstü və yanğın da olub. Partlayış yerindən görüntülər internetdə yayılıb.

İlkin məlumata görə, naməlum şəxs maşına bir bağlama atıb və daha sonra partlayıb.

Moskva İstintaq Komitəsinin məhkəmə ekspertləri və müstəntiqləri hadisənin səbəblərini müəyyən edirlər. Tezliklə tibbi və partlayıcı maddələrin yoxlanılması da daxil olmaqla bir sıra məhkəmə ekspertizaları təyin ediləcək.

Seçilən
29
publika.az

1Mənbələr