İcarə əsasında "Barselona"da çıxış edən Markus Reşford birdəfəlik klubda qalmaq istədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, o, "Sport" nəşrinə müsahibəsində bunları deyib:

"Gələcəyim? Mən "Barça"da qalmaq istəyirəm. Bu mənim məqsədimdir. Amma məni çox məşq etməyə və hər şeyimi verməyə məcbur edən səbəb bu deyil.

Məqsəd qələbə qazanmaqdır. "Barselona" titullar qazanmaq üçün qurulmuş nəhəng və gözəl klubdur".

Reşford cari mövsüm 24 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə edib.