AZ

Əfsanə özündən 7 yaş kiçik aktyora ərə getdi

Tennis üzrə keçmiş dünya birincisi Venera Uilyams ailə həyatı qurub.

Publika.az xəbər verir ki, bu barədə 45 yaşlı əfsanə sosial şəbəkə hesablarında məlumat verib.

“Bəli, doğrudur, mən evləndim. Bu, bir yuxu idi və hələ də elədir”, - deyə fərdi yarışlarda “Böyük dəbilqə” turnirlərinin yeddiqat qalibi və dördqat olimpiya çempionu yazıb.

Uilyamsın seçdiyi şəxs 37 yaşlı aktyor və prodüser Andrea Preti olub. Cütlük bu ilin iyul ayında nişanlandıqlarını elan edib.

Publika.az

Seçilən
46
publika.az

1Mənbələr