BAKI, 24 dekabr. TELEQRAF
Xaçmaz rayonunda ölümlə nəticələnən yanğın olub.
Teleqraf-ın xəbərinə görə, hadisə dekabrın 23-də rayonunun Ortaoba kəndində baş verib.
Kənd sakini Pirquliyev Məhəmməd Abdurəhim oğlu yaşadığı fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində ölüb.
Fakta görə Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.