AZ

Dərs zamanı sinifə ayı hücumu: şagirdi tutub apardı

Hindistanın Uttarakhand ştatında ayı dərs zamanı məktəbin ərazisinə daxil olaraq şagirdə hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Star" nəşri məlumat yazıb. 

Məlumata görə, vəhşi heyvan sinif otağının qapısını sındıraraq içəri daxil olub və altıncı sinif şagirdini tutaraq məktəbin həyətinə doğru aparıb. Müəllimlər dərhal müdaxilə edərək uşağı ayının əlindən ala biliblər. Yırtıcı heyvan şagirdi məktəbin yaxınlığındakı kolluqlara ataraq ərazidən uzaqlaşıb.

Uşaq sağ qalıb, lakin ayının caynaqları və dişləri nəticəsində çoxsaylı ağır xəsarətlər alıb. Müəllimlər bildiriblər ki, son günlər bu, rayonda məktəblilərə qarşı qeydə alınan ikinci ayı hücumudur. Bundan əvvəl isə başqa bir ayı dərsdən evə qayıdan şagirdə hücum edib.

Çamoli rayonunun yerli hakimiyyəti məktəbə gedən və geri qayıdan bütün uşaqlar üçün müşayiət tədbirlərinin təşkil edilməsi barədə göstəriş verib.

Nuriyyə NATİQQIZI

Seçilən
35
1
redaktor.az

2Mənbələr