AZ

Dörd ay əvvəl yaradılmış şirkət nizamnamə kapitalını 14,6 milyon manat azaltdı

“Gipsinvest” MMC nizamnamə kapitalını azaldır.

FED.az xəbər verir ki, şirkət nizamnamə kapitalının azalaraq 22 milyon 847 min 878 manat olduğunu elan edir.

Buna qədər MMC-nin nizamnamə kapitalı 37 milyon 440 min 441 manat idi.Bu da nizamnamə kapitalının 14 milyon 592 min 563‬ manat azaldılması deməkdir

Xatırladaq ki, “Gipsinvest” MMC bu ilin iyulun 18-də dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Namiq Kazımov Rövşənoviçdir.

Hüquqi ünvanı AZ1031, Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, 1-Cİ Önünə, ev.19 ünvanıdır.

Seçilən
36
fed.az

1Mənbələr