AZ

Məğlubiyyətə layiq deyildik Domeniko Tedesko

ain.az bildirir, Mia.az portalına istinadən.

Ziraat Türkiyə Kubokunda "Beşiktaş"a 2:1 hesabıyla məğlub olan "Fənərbağça"nın Baş məşqçisi Domeniko Tedesko matçdan sona açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, nəticənin gözlənilməz olduğunu deyib.

İtalyan məşqçi bildirib ki, oyundan qalib ayrılmaq şansları çox olub: "Məğlubiyyətə layiq deyildik. Lakin ilk mövsümün sonuna yaxın oyunçulaırn beyinləri həmişə transferlərə görə  məşğul olur..."

Yanvarın 2-dən stratı veriləcək transfer dövrünün onun üçün də stresli olduğunu vurğulayan Tedeskonun sözlərinə görə, futbolçular bu dönəmdə yayılan xəbərlərə çox həssas yanaşırlar: "Yayılan şayiələr var və bu, istər-istəməz komandaya təsir edir. Mənim üçünsə transfer pəncərəsi mürəkkəbdir. Hansı oyunçuların uyğun olacağını heç vaxt bilmirsən. Başımda fikirlərim var və bu fikirləri direktorlar şurası və prezidentimizlə müzakirə edirik. Heç vaxt "Mən bu oyunçunu istəyirəm" demirəm..."

Fərid ASLAN

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
mia.az

1Mənbələr