AZ

Pakistandan Azərbaycana ixrac 25 faiz artıb

Yazını böyüt
Yazını kiçilt

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Pakistan arasında ticarət dövriyyəsinin həcmi 22 milyon 133 min dollar olub. Ticarət dövriyyəsi əsasən idxal hesabına formalaşıb.

Hafta.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Pakistandan Azərbaycana idxal 24.9 faiz artıb.

Hesabat dövründə Pakistandan Azərbaycana əsasən meyvə-tərəvəz və pal-paltar ixrac olunub.

Cari ilin 10 ayı ərzində Pakistandan ümumi dəyəri 7 milyon 134 min dollar olan 16 min 592 ton kartof gətirilib.

İdxalda düyü də mühüm paya malik olub: 2 min 953 ton Pakistan mənşəli yarı ağardılmış və ağardılmış düyü gətirilib və idxalın dəyəri 2 milyon 249 min dollar olub.

Seçilən
18
1
hafta.az

2Mənbələr