AZ

Tramp uşaqların Şaxta Babaya dair zənglərini cavablandıracaq

ABŞ prezidenti Donald Tramp bu axşam uşaqlardan Milad gecəsində Şaxta Babanın "uçuşuna" dair zəngləri qəbul edəcək.

Olaylar.az Ağ Evin yaydığı açıqlamaya istinadən xəbər verir ki, Amerika lideri zənglərə Floridadakı mülkündən cavab verəcək.

Qeyd edək ki, "NORAD Şaxta Babanı İzləyir" layihəsi 1955-ci ildə, Kolorado univermaqlarından birində uşaqlardan Şaxta Babaya zəng etmələrini xahiş edən bir reklam yayımlandıqda başlayıb. Reklamda göstərilən telefon nömrəsi səhv olub və Şaxta Babanın əvəzinə zənglərə Kontinental Hava Hücumundan Müdafiə Komandanlığının qaynar xətti operatoru cavab verməli olub.

O vaxtdan bəri hər Milad gecəsi Koloradodakı Hərbi Hava Qüvvələri bazası Şaxta Babanın Milad səyahətini izləmək üçün mərkəzə çevrilib. Zəng edən uşaqlara zəng zamanı Şaxta Babanın dəqiq yeri barədə məlumat verilir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
olaylar.az

1Mənbələr