AZ

Moskvada partlayış nəticəsində 3 nəfər ölüb, ikisi polisdir YENİLƏNİB

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Moskvanın Yeletskaya küçəsində baş verən partlayış nəticəsində daha bir nəfər ölüb.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, üçüncü həlak olan şəxsin cəsədi xidməti avtomobildən bir qədər aralıda tapılıb.

Ölənin partlayışı törədən şəxsin özü, yoxsa yoldan keçən başqa birinin olması ilə bağlı məlumatlar araşdırılır.

***

08:26

Moskvada yol polisinə məxsus xidməti avtomobilin yaxınlığında partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, iki nəfər isə ağır yaralanaraq hadisə yerindən birbaşa xəstəxanaya çatdırılıb.

Məlumata əsasən, xidməti avtomobilin yanında əl istehsalı partlayıcı qurğu işə düşüb. Partlayışdan sonra avtomobilin üzərində və asfalt örtüyündə çoxsaylı qəlpə izləri aşkarlanıb. Versiyalardan birinə görə, partlayıcı qurğunu naməlum şəxslər polis maşınına atıblar.

Ərazidə istintaq qrupu işləyir. Videomüşahidə kameralarının görüntüləri götürülür, şahidlərin ifadələri toplanır. Faktla bağlı cinayət işi başlanıb, hücumda iştirak edən şəxslərin müəyyənləşdirilməsi və axtarışı aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
14
apa.az

10Mənbələr