Bu həftə ABŞ Karib dənizinə çoxlu sayda təyyarə, qoşun və xüsusi təyinatlı qüvvələr yerləşdirib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal ” qəzeti ABŞ rəsmilərinə istinadən yayıb.
Qeyd edilir ki, bu hərəkətlər Vaşinqtona Venesuelada hərbi əməliyyatlar üçün əlavə imkanlar yaradıb.
Mənbə bildirib ki, xüsusi əməliyyat qüvvələri tərəfindən istifadə edilən Nyu-Meksikodakı Kennon Hərbi Hava Qüvvələri bazasından bölgəyə ən azı 10 "CV-22 Osprey" təyyarəsi gəlib.
Uçuş izləmə məlumatlarına görə, "Fort Stewart" və "Fort Campbell" Ordu bazalarından "C-17" yük təyyarəsi Puerto Rikoya gəlib.