AZ

Tramp onu tənqid edən telekanalların lisenziyalarının ləğvini istəyir

ABŞ prezidentİ media qurumlarına qarşı sərt tədbirlər təklif edib...

Poliqon xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünə “neqativ münasibət bəsləyən” Amerika telekanallarının lisenziyalarının ləğv olunmasını istəyib. O, bunu Truth Social səhifəsində paylaşdığı açıqlamada bildirib.

“Əgər telekanalların xəbər buraxılışları və gecə verilişləri demək olar ki, 100% prezident Donald Tramp, MAGA (Make America Great Again) hərəkatı və Respublikaçı Partiya əleyhinədirsə, onların son dərəcə qiymətli yayım lisenziyaları ləğv olunmalı, deyilmi? Mən deyərdim — bəli!”, DEYƏ Tramp yazıb.

Prezidentin sözlərinə görə, CBS, ABC və NBC telekanallarının gecə verilişlərini aparan aparıcıları “istəksizlik, yüksək maaşlar və son dərəcə aşağı reytinqlərlə” xarakterizə olunur.

Qeyd edək ki, dekabr ayında Tramp Britaniyanın BBC telekanalına qarşı məhkəməyə müraciət edərək, 2024-cü ildə yayımlanan Panorama sənədli filmində onun çıxışlarını qəsdən təhrif etməkdə ittiham edib. Onun BBC-yə qarşı iddia etdiyi ümumi məbləğ 10 milyard ABŞ dollarıdır.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr