AZ

ABŞ ın vitse prezidenti Zəngəzur dəhlizinin təməlqoymasına gəlir İDDİA

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“2026-cı ilin fevral ayında ABŞ-ın çox yüksək vəzifəli bir məmurunun Ermənistana səfəri gözlənilir”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan yazıb.O xatırladıb ki, Ermənistanda indiyə qədər ən yüksək vəzifəli Amerika məmuru Nümayəndələr Palatasının spikeri və dövlət katibi olub.

Jurnalist Jirayr Voskanyan isə qeyd edib ki, onda olan məlumata görə, ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens 2026-cı ilin fevral ayında Ermənistana səfər edəcək.

Voskanyan yazıb ki, Meğridə TRIPP layihəsinin (Zəngəzur dəhlizi) təməlqoyma mərasimi gözlənilir.Msümkündür ki, ABŞ-ın vitse-prezidenti Ceyms Vens TRIPP layihəsinin təməlqoyma mərasimində iştirak etsin.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
modern.az

10Mənbələr