AZ

Naxçıvanda xəstəxanada 64 yaşlı kişi dava saldı

BAKI, 24 dekabr. TELEQRAF

Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon Mərkəzi Xəstəxanasında dava olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1962-ci il təvəllüdlü Şərur rayon sakini Həsən Səlimov (ad-soyad şərti verilib – red.) onkoloji xəstə olan həyat yoldaşına sığorta sənədi almaq üçün sözügedən xəstəxanaya gəlib.

Orada mübahisə yaradıb, xəstəxananın mühafizəçisi ilə dava edib. Davaya mühafizəçinin orada olan anası da qarışıb.

Həsən Səlimovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Səlimov bildirib ki, həyat yoldaşının səhhətində narahatlıq yarandığı üçün Sədərək Rayon Mərkəzi xəstəxanasına gedib və həkimlə danışmaq istəyib: “Orada yoldaşıma baxmaq üçün həkim göndərmələrini xahiş edəcəkdim. Onkoloji xəstə olan yoldaşımın ağrısı şiddətli olduğu üçün onu hər dəfə xəstəxanaya apara bilmirəm.

Baş həkimin qəbuluna getdim. O da mənimlə evimə getməsi üçün bir tibb bacısı təyin etdi. Tibb bacısı ilə birgə evə getdik, həyat yoldaşıma sistem köçürdü. Sonra onu xəstəxanaya qaytardıq”.

Həsən Səlimovun sözlərinə görə, daha sonra yenidən xəstəxanaya gedib: “Qeydiyyat yerində əyləşən Rəşad adlı şəxsdən sığorta sənədi istədim. Sonra onun təqdim etdiyi sənəddə olan nömrələrin düzgün olmadığını dedim. Əsəbi olduğumdan ucadan danışdım. Başqa kabinetə gedib sığortanı yazdırdım. Oradan uzaqlaşıb avtomobilə əyləşmək istəyəndə bir qadın yaxınlaşaraq çəliyimi əlimdən aldı və mənimlə mübahisə etdi”.

Sədərək Rayon Məhkəməsinin qərarı ilə Həsən Səlimov 50 manat məbləğində cərimə olunub.

Seçilən
28
teleqraf.com

1Mənbələr