AZ

"Azərbaycan Dəmir Yolları" bu il ilk dəfə 10 milyonuncu sərnişini daşıyıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tarixində ilk dəfə sərnişindaşıma xidmətində il ərzində rekord göstərici – 10 milyonuncu sərnişin qeydə alınıb.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, Xuraman Layıcova Bakı Dəmiryol Vağzalında qarşılanıb, ona sertifikat və xatirə hədiyyələri təqdim edilib.

"Balakənə səfər edən 10 milyonuncu sərnişinimizin timsalında milyonların rahat və təhlükəsiz səyahət seçimi olmaqdan qürur duyur, hər bir sərnişinimizə xoş səfərlər diləyirik!", - deyə ADY bəyan edib.

Seçilən
22
far.az

1Mənbələr