AZ

Papa: “Rusiyanın atəşkəsi rədd etməsi çox kədərlidir”

Papa XIV Leo Rusiyanın Ukrayna ilə müharibədə Milad atəşkəsini rədd etməsindən dərin kədərini bildirib.

Vətəninfo.az xəbər verir ki, Roma Papası İtaliyadakı iqamətgahının qarşısında jurnalistlərə bildirib ki, “Məni çox kədərləndirən şeylərdən biri də Rusiyanın atəşkəs tələbini rədd etməsi idi. Mən bir daha bütün xoşməramlı insanlara müraciət edəcəyəm ki, heç olmasa Miladı sülh günü kimi qəbul etsinlər”.

“Bəlkə də bizi dinləyəcəklər və o zaman ən azı 24 saatımız, bütün dünyada sülh günümüz olacaq”, – deyə Papa Leo əlavə edib.

Bu həftə Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynanın Milad atəşkəs təklifi ilə razılaşmadığını açıqladı.

O, Rusiyanın “sülh istədiyini”, lakin “Ukraynaya sülh vermək və müharibənin davam etməsinə hazırlaşmaq üçün atəşkəs” istəmədiyini söylədi.

Seçilən
28
1
veteninfo.az

2Mənbələr