Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ bu həftə Karib dənizinə xüsusi əməliyyat təyyarələri, hərbi personal və avadanlıq yerləşdirib.
Gununsesi.info xəbər verir ki, bu barədə The Wall Street Journalin məlumat yayıb.
22 dekabrda bölgəyə azı 10 V-22 Osprey və C-17 yük təyyarəsinin daxil olduğu bildirilir.
ABŞ Cənub Komandanlığı bunu personal və texnikanın planlı rotasiyası kimi dəyərləndirsə də, Ağ Ev və Pentaqon məsələni şərh etməyib.
Venesuela ilə gərginliyin artdığı bir vaxtda ABŞ payızdan bəri bölgədə hərbi qüvvələrini gücləndirib, o cümlədən USS Gerald Ford təyyarədaşıyan gəmisi və müşayiətçi hərbi gəmilər yerləşdirilib.
Firuzə
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.