Saatlı rayonunda bir ailənin iki üzvü dəm qazından boğulub.
"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qara Nuru kəndində baş verib.
Kənd sakinləri - İbrəhim Hüseyn oğlu İsmayılov və Pəri Edil qızı İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"