“WhatsApp” messencerinin Rusiyada mövcud qanunvericilik tələblərinə görə tam bloklanması mümkündür.
Heftelik.az xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi yanında İctimai Şuranın üzvü, İctimai Palatanın maarifləndirmə və tərbiyə üzrə komissiyasının sədr müavini Armen Qasparyan açıqlama verib.
Onun sözlərinə görə, əgər “Meta” rəhbərliyi Rusiya bazarında fəaliyyət göstərməkdə maraqlıdırsa, ölkənin qanunvericiliyinə riayət etməlidir.
“Biz bunu, təəssüf ki, hələ görmürük. Bu isə o deməkdir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, messencerin bloklanmasına doğru gedilir”, – deyə Şura üzvü vurğulayıb.
Qeyd edək ki, “Meta” Rusiyada ekstremist təşkilat kimi tanınıb.