AZ

Azad olunmuş ərazilərin bərpasına 23 milyard manat ayrıldı

"Hazırda regionun güc mərkəzinə çevrilən Azərbaycan daxili maliyyə mənbələri hesabına işğaldan azad olunan ərazilərimizi bərpa edir və yenidən qurur. Məhz Azərbaycan Prezidentinin möhkəm siyasi iradəsi nəticəsində qısa zamanda Qarabağda və Şərqi Zəngəzurda geniş miqyaslı quruculuq işləri aparılıb".

Avtosfer.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, artıq işğaldan azad olunan ərazilərdə 65 mindən çox vətəndaşımız məskunlaşıb, yaşayır və işləyir:

"Zəfərdən keçən 5 il müddətində işğaldan azad olunan ərazilərimizin bərpasına yalnız dövlət büdcəsindən 23 milyard manat vəsait ayrılıb. Bu Azərbaycanın gücünü göstərir".

Seçilən
22
4
avtosfer.az

6Mənbələr