Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 194 təhsil müəssisəsində təşkil edilən 819 təmayül sinifdə 17 110 şagird təhsil alır.
Bu barədə “Cebheinfo.az”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat daxil olub.
Bildirilib ki, ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.