2026-cı il fevralın 24-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan nəqliyyat vasitələrinin satışı ilə bağlı hərrac keçirəcək.
BAKU.WS xəbər verir ki, hərrac zamanı Dövlət Sərhəd Xidmətinə məxsus, istehsal ili 1969-cu il olan "Point Brower D" markalı gəmi satışa çıxarılacaq.
Gəminin start qiyməti 230 min manat olaraq qiymətləndirilib.
Sifarişlər hərracın keçirilməsinə ən az 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyənlər satışa çıxarılan əmlaklarla buradan tanış ola bilərlər.