ain.az, Apa.az portalına istinadən məlumat verir.
Bakıda itkinlərlə bağlı keçirilmiş beynəlxalq konfransda qəbul edilən bəyannamə BMT-nin rəsmi sənədi kimi dərc olunub.
APA xəbər verir ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 9-11 oktyabr tarixlərində Bakı şəhərində keçirilmiş “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda qəbul edilmiş bəyannamə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunub və yayılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.