AZ

SON DƏQİQƏ! Yeni il tətilinin vaxtı dəqiqləşdi RƏSMİ

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi təhsil müəssisələrində ayın 29 və 30-u tarixlərinin Yeni il bayramı ilə əlaqədar həftə sonu günləri ilə əvəzlənərək 27 və 28-i tarixlərinə keçirilməsi ilə bağlı məlumat yayılıb. Hətta bəzi məktəblərdə bu barədə valideynlərə əvvəlcədən məlumat verildiyi də bildirilir.Bizim.Media məsələni dəqiqləşdirmək üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, iddialar doğru deyil."Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar olmadığı üçün dərs və istirahət günlərinin yerinin dəyişdirilməsi nəzərdə tutulmur. Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur", - deyə ETN-dən bildirilib.Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
10
bizim.media

10Mənbələr