Naftalanın sabiq icra başçısı, keçmiş deputat və Yeni Azərbaycan Partiyasının üzvü Musa Musayev də Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
“Cebheinfo.az” xəbər verir ki, o, “Facebook” hesabında dövlətimizin başçısına təbrik ünvanlayıb.
Həmin təbriki təqdim edirik:
“Zati-aliləri cənab Prezident, Ali baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri, Ulu Öndərimiz Heydər Əliyevin yadigarı və davamçısı İlham Heydər oğlu Əliyev! Sizi doğum gününüz münasibətilə Qərbi Azərbaycan İcmasının Mığrı rayon İcması, qəhrəman nüvədililər, o cümlədən Musayevlər adından səmimi qəlbdən təbrik edir, sağlam və xoşbəxt həyat arzulayırıq.
Hər bir nüvədilinin fəxr və qürur mənbəyisiniz. Qərbi Azərbaycandan 8 avqust 1991-ci ildə ən son deportasiya olunmuş qəhrəman nüvədililərin arzusu odur ki, tezliklə Zəngəzur dəhlizi açılsın və Sizinlə Nüvədi kəndimizdə görüşsünlər. Allah Sizi qorusun. Yaxşı ki, varsınız, bizimləsiniz və bizdə Sizinləyik! Böyük hörmətlə: Nüvədi kənd sakini Musayev Musa Həzi oğlu”.
“Cebheinfo.az”