BAKI, 24 dekabr. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubunun prezidenti Saadettin Saranın kokain testlərinin nəticəsi pozitiv çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə İstanbulda aparılan istintaq çərçivəsində Məhkəmə-Tibbi Ekspertiza Qurumu məlumat yayıb.
Hazırlanan rəy İstanbul Cumhuriyyət Baş Prokurorluğuna göndərilib.
Narkotiklərlə bağlı istintaq çərçivəsində “şübhəli şəxs” qismində İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən ifadəyə çağırılan Sadettin Saran prokurorluqdakı ifadəsində bildirib ki, “Ela Rümeysa ilə təxminən üç il əvvəl onun mənə mesaj yazması nəticəsində tanış olmuşduq. Bu səbəbdən telefon nömrələrimizi dəyişdik və ünsiyyətə başladıq”.
Cebeci ilə aralarında keçən “Yanıma gələndə ot gətirməyi unutma, amma bükülmüş olmasın, təbii halda olsun”, “Məndə eləsi yoxdur”, “Bəs hani əkmişdin?” məzmunlu mesajlarla bağlı suallara cavab olaraq Saran “Yuxarıda verdiyim izahatla eynidir. Bu mesajlar dediyim kimi, izlədiyimiz filmlərdəki dialoqlara bənzər, metaforik formada edilən zarafatlar olduğunu demişdi. Onsuz da bu qədər açıq şəkildə yazışmağımız bunun zarafat xarakterli olduğunu göstərir”.
İttihamları qəbul etməyən Sadettin Saran məhkəmənin qərarı ilə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.