AZ

Vüsal Tirana “Dinamo”suna qarşı 90 dəqiqə oynadı – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 18-ci turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Partizani” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşdə 90 dəqiqə oynayıb.

“Partizani” 18 turdan sonra 23 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. Sözügedən komanda 18 oyunda 6 qələbə qazanıb, 5 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 17 oyuna çıxıb, 3 qola imza atıb.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Seçilən
22
10
arena.az

10Mənbələr