AZ

"Trabzonspor" transfer planını işə salıb

Türkiyə Super Liqasına uğurlu start verən, lakin son həftələrdə zədələr, Afrika Millətlər Kuboku və cəzalar səbəbindən istədiyi nəticələri əldə edə bilməyən “Trabzonspor” mövsümün ikinci yarısında çempionluq mübarizəsini davam etdirmək üçün təcili transfer planını aktivləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyinin əsas məqsədi 10–15 gün ərzində komandaya dərhal töhfə verə biləcək və birbaşa əsas heyətdə oynaya biləcək dörd futbolçunun transferidir.

Xarici oyunçu limiti dolu olduğu üçün bu transferlərdən ən azı ikisinin yerli – türk futbolçu olması planlaşdırılır.

Baş məşqçi Fatih Tekke rəhbərliyə təqdim etdiyi hesabatda “yalnız mövsümün ortasını doldurmaq üçün deyil, komandaya real fayda verəcək oyunçulara ehtiyac olduğunu” vurğulayıb.

Texniki heyət sol cinah müdafiəçisi, mərkəz müdafiəçisi, cinah oyunçusu və hücumçu mövqelərində güclənməyi zəruri hesab edir.

Seçilən
31
1
operativmm.az

2Mənbələr