AZ

Ağ Ev Milad gecəsi qanunsuz immiqrantlara həsr olunmuş veriliş yayımladı- ÖZƏL

Ağ Ev Milad gecəsi qeyri-adi bir animasiya verilişi yayımlayıb. Verilişdə ABŞ Prezidenti Donald Tramp süni intellekt vasitəsilə yaradılmış animasiyada "Yaramazlar Siyahısı"nı oxuyur və siyahıda qanunsuz immiqrantların adları göstərilir. Olaylar.az xəbər verir ki, Ağ Ev bu videonu X platformasında paylaşaraq yazıb: "Santanın yaramaz uşaqlar siyahısı. Yalnız deportasiya." Animasiya artıq səkkiz saatdan çoxdur ki, yayımlanır.
Videoda Tramp əlində siyahı tutaraq, bayram ağacı və kamin önündə oturmuş görünür. Qeyd edək ki, bəzi ölkələrdə Katolik Miladı zamanı yaramaz uşaqlara hədiyyə olaraq kömür verilir.
Bu addım bir çoxları tərəfindən tənqid olunub və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
olaylar.az

1Mənbələr