AZ

Azərbaycanda da insan orqanı alıb-satan ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya edilib

İnsan orqanlarını satmaqda şübhəli bilinən ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya edilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Məlumata görə, ukraynalı qadın 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər qara bazarda satılması üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanda qanunsuz olaraq insan böyrəkləri alıb.

Ukrayna vətəndaşı 5 ildir beynəlxalq axtarışdadır, o, bu yaxınlarda təsadüfən Polşada tutulub. Qazaxıstan Məhkəməsi 35 yaşlı qadını qiyabi olaraq 12 il həbs cəzasına məhkum edib.

"Cebheinfo.az"

Seçilən
23
11
cebheinfo.az

10Mənbələr