AZ

Bu ixtisaslarda təhsil müddəti 3 ilə endirilə bilər AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Bəzi sahələr var ki, məsələn, tibb və hüquq, bu ixtisaslarda təhsil müddətinin azaldılması məqsədəuyğun deyil. Lakin jurnalistika, aktyorluq, rejissorluq, filologiya kimi humanitar sahələrdə təhsil müddətinin 3 ilə endirilməsi mümkündür".Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. O bildirib ki, bu ixtisaslarda əsas ixtisas fənləri qorunmaq şərti ilə, ixtisasla birbaşa əlaqəsi olmayan və ya təkrarlanan fənlərin birləşdirilməsi hesabına təhsil müddətini qısaltmaq olar:"Faktiki olaraq, Azərbaycanda bakalavriat təhsilinin 3 ilə endirilməsi məsələsi müzakirə olunur, lakin bunun üçün ciddi və sistemli işlər görülməlidir. İlk növbədə tədris proqramları yenidən nəzərdən keçirilməlidir. Əsas və fundamental bilikləri verən fənlərin saxlanılması olduqca vacibdir. Bu yanaşma təhsil prosesini daha məqsədyönlü və səmərəli edə bilər. Qısa müddətli, lakin daha fokuslu təhsil modeli tələbələrin vaxt itkisini azaldar və onları daha tez əmək bazarına hazırlayar".Ekspert bildirib ki, bununla yanaşı, tədris prosesində praktik yönümlü fənlərin payı artırılmalıdır:"Bu, tələbələrin daha tez işləməyə başlamasına, real təcrübə və gəlir əldə etməsinə imkan yaradar. Nəticədə gənc kadrlar əmək bazarına daha erkən daxil olar və bu da ölkə iqtisadiyyatına töhfə verər. Əsas məsələ təhsilin keyfiyyətinin qorunmasıdır. Təhsil müddəti qısaldılarkən keyfiyyət aşağı düşməməli, əksinə, proqramlar əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Bu model yalnız tədris proqramlarının yenilənməsi, resursların optimallaşdırılması və keyfiyyət standartlarının ciddi şəkildə qorunması ilə uğurlu ola bilər".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
demokrat.az

1Mənbələr