Cəlilabad rayonunun Ocaqlı kəndindən olan Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Dəstəsində xidmət etmiş hərbi qulluqçu, gizir Elçin Telman oğlu Qurbanov dünyasını dəyişib.
Moderator.az-ın əldə etdiyi məlumata görə, Vətən müharibəsi qazisi olan Elçin Qurbanov ağır sürən xəstəlik səbəbindən vəfat edib.
O, Türkiyədə müalicə alırmış.
