AZ

Papa Leo: Rusiyanın bu addımından çox kədərləndim

Axar.az saytına istinadən ain.az xəbər verir.

Rusiyanın Ukrayna ilə müharibədə Milad atəşkəsinə razılıq verməkdən imtinasından çox kədərləndim.

Axar.az xəbər verir ki, bunu Roma Papası XIV Leo deyib.

“Məni çox kədərləndirən məqamlardan biri də Rusiyanın atəşkəs tələbini rədd etməsi idi. Bir daha bütün xoşməramlı insanlara müraciət edəcəyəm ki, heç olmasa Milad bayramını sülh günü kimi qəbul etsinlər. Bəlkə də bizi dinləyəcəklər, o zaman ən azı 24 saatımız, bütün dünyada bir günlük sülhümüz olacaq”, - o bildirib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynanın Milad atəşkəsi təklifi ilə razılaşmayacağını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
axar.az

2Mənbələr