AZ

Türkiyədə yeddi kulub və bir futbolçudan şikayət var

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Türkiyə Super Liqasının “Qalatasaray”, “Trabzonspor”, “Beşiktaş”, “Fənərbağça”, “Göztəpə”, “Kasımpaşa” və “Kayserispor” klublarının nümayəndələri azarkeş davranışlarına görə Peşəkar Futbol İntizam Komitəsinə (PFİK) çağırılıb.

İdman.Biz xəbər verir ki, “Qalatasaray” nalayiq azarkeş şüarları və təlimatlara zidd hərəkət səbəbi ilə, “Trabzonspor” isə nalayiq azarkeş şüarları ilə yanaşı meydandakı hadisələrinə görə intizam məsuliyyətinə cəlb olunub.

“Beşiktaş”, “Fənərbağça”, “Göztəpə”, “Kasımpaşa” və “Kayserispor” klubları da nalayiq azarkeş şüarları səbəbilə PFİK-ə göndərilənlər sırasındadır.

Bundan əlavə, “Başakşehir”lə keçirilən matçda qırmızı vərəqə alan “Qaziantep”in futbolçusu Kevin Rodriges də təhqirə görə intizam komitəsinə göndərilib.

PFİK-nın yaxın günlərdə qeyd olunan klublar və futbolçu ilə bağlı qərarlarını açıqlaması gözlənilir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
2
icma.az

3Mənbələr