ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhəri yaxınlığında qocalar evində baş verən yanğın və partlayış nəticəsində iki nəfər ölüb. AZƏRTAC-ın məlumatına görə, hadisə nəticəsində bir neçə nəfər itkin düşüb. Yerli xilasedicilər yaşlı sakinləri təhlükəsiz yerə evakuasiya ediblər.
Partlayış zamanı binanın bir hissəsi uçub. Hadisə yerində xilasetmə işləri davam etdirilir.